Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılıb.
Eyni zamanda Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 75 000 rubl (1 700 manat), sənəd, 1 100 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Akinfiyev saxlanılıb.ş
Bundan başqa, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 000 manat, 900 ABŞ dolları pul və 3 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bağırov saxlanılıb.
Bizim Instagram səhifəmizə abunə olun