Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

"Vaz 2107", "Vaz 2106" və "Mercedes ateko" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb. 

Hadisə ilə bağlı araşdırma aparılır.