Azərbaycanda saxta kriptovalyuta satmaqda şübhəli bilinərək saxlanılan dəstə üzvlərindən biri Gülara Abdullayeva azadlığa buraxılıb.
"Unikal" xəbər verir ki, G.Abdullayeva barəsində istintaq müddətində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Həmin şəxs barəsində Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir.(report)