Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, noyabrın 21-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İlqar Qurbanov (ürək tutması nəticəsində) idarə etdiyi “Opel” markalı avtomobili dirəyə, sonra isə mağazanın divarına vurub və o, hadisə yerində ölüb.
Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.