“Azərbaycan kimi ölkələrdə əgər işsizliyin səviyyəsi 7 %-dən artıq olursa, bir sıra iqtisadi və sosial fəsadlar yaranır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.
O bildirib ki, artıq Azərbaycanda işsizliyin faizi 7%-dən çoxdur: "İşsizlikdən Sığorta Fondunun büdcəsi hesabına işsizliklə mübarizə aparmaq mümkün deyil. Bu fonda əlavə vəsaitlər cəlb edilməlidir. Bir neçə il ərzində cəmi 8500 adama işsizliyə görə müavinət verilib. Bu müavinətlər bütün işsizlərin 0,7 %-ni təşkil edir. Bu həddən artıq dözülməz rəqəmlərdir. İSF-nin işlərini görən müvafiq icra hakimiyyəti orqanına ayrılan vəsait işsizlik üçün ayrılan vəsaitdən 5 dəfə artıqdır".
Anar Kəlbiyev