Qısa zamanda"Netflix"in reytinqlərdə ilk sırada yer alan "Squid Game" serialının surətini Şimali Koreyaya gətirən ölkə vətəndaşı edam cəzasına məhkum edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, Şimali Koreyada məktəbli ötən həftə sözügedən serialın surətini USB mobil yaddaş cihazında gizlədərək, Çindən ölkəyə daxil olub. Həmin şəxs nüsxələri digər şagirdlər də daxil olmaqla bir neçə şəxsə satdıqdan sonra ölkənin müşahidə xidmətləri tərəfindən tutulub. Onun barəsində edam edilmə qərarı çıxarılıb. Qərara əsasən, məktəbli ekran işindəki personajların öldürüldüyü üsulla, güllələnərək edam ediləcək.
Bildirilir ki, diskin bir nüsxəsini alan digər şagird ömürlük həbsə, altı nəfər isə beş il ağır işlərə məhkum edilib.