Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanın baş memarı, Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri işləmiş Teyyub Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Unikal" xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.
Qeyd edək ki, T.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.