Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Həbib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Unikal" xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, H. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. H. Məmmədov arvadına qısqanclıq zəminində 5 yaşlı övladının gözünün qarşısında bıçaqla zərbələr vurub.
Qadın xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
H. Məmmədov tutularaq istintaqa təhvil verilib.