Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) İsmayıl Şirinovun özünə kəsici alətlə xəsarət yetirdiyi məlum olub.

Bu barədə “Unikal”a açıqlamasında DİN Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru,polis baş leytenantı Mahir Məsimov məlumat verib.

Hazırda Mingəçevir ŞPŞ-də toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün prokurorluğa göndəriləcək.

***09:10

Mingəçevirdə hərbçi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivində baş verib. Belə ki, səhər saatlarında 1999-cü il təvəllüdlü Şirinov İsmayıl Farizarif oğlu mübahisə zəmnində naməlum şəxs tərəfindən bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Bıçaqlanan şəxsin Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı