“Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır”.
“Unikal” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə deyib.
“Dövlətlər bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır. Bu, inkişaf üçün vacibdir”, - o bildirib.
Rusiya Prezidenti qeyd edib ki, son bir ildə Qarabağdakı vəziyyətin həlli üçün çox iş görülüb: “Lakin, təəssüf ki, bütün məsələlər hələ həllini tapmayıb”.