2022-ci ildə GUAM təşkilatına sədrliyi Moldova edəcək.
"Unikal" xəbər verir ki, bu barədə təşkilatın Milli Koordinatorlar Şurasının onlayn formatda keçirilən 57-ci toplantısında bildirilib.
Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya ölkənin GUAM-a builki sədrliyi dövründə pandemiyaya baxmayaraq, əldə olunan nəticələr barədə məlumat təqdim edib. O, gələn il sədrliyi təhvil alacaq Moldovaya uğurlar arzulayıb.
Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.