Ermənistan, Azərbaycan və Rusiya hökumətlərinin Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradılıb. Mənim həmkarlarım işin necə getməsi barədə məruzə etdilər. Asan deyil. Lakin buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir və elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək, həm də hamı üçün uyğun zəruri tədbirlər görəcəyik.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşündə bildirib.
Rusiya Prezidenti deyib: “Bütün səylərimizin məqsədi bundan ibarətdir, yəni regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri və təsərrüfat fəaliyyəti ilə normal məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələri üçün bütün bunlar, sözsüz ki, hər iki ölkənin vətəndaşlarının həyat səviyyəsində ən əlverişli şəkildə əksini tapmalıdır.
Ermənistan və Azərbaycan ilə münasibətlərin xüsusi xarakterini nəzərə alsaq, bu, Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Biz yüzilliklər boyu vahid dövlətin tərkibində olmuşuq, bizim çox dərin tarixi əlaqələrimiz var. Bu əlaqələrin kəsilməsini istəməzdik. Əksinə, biz onları bərpa etməyə və gələcəkdə də dəstəkləməyə səy göstərməliyik”.