Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 26-sı Soçi şəhərində keçirilən üçtərəfli görüşlə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, Peskovun sözlərinə görə, ümumilikdə Soçi görüşü təqribən 3 saat davam edib.
“Bəli, üçtərəfli görüş başa çatıb”, - deyə Peskov bildirib.
Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşü zamanı tərəflər xüsusilə Qarabağdakı vəziyyəti müzakirə ediblər. Eyni zamanda bir il ərzində görülən işləri qiymətləndiriblər.
V. Putin üçtərəfli görüşdən əvvəl İlham Əliyevlə ikitərəfli görüş keçirib.