"Biz İslamabad-Tehran-İstanbul magistral yolunun istismara verilməsi və eyni marşrut üzrə dəmir yolu xəttinin canlandırılması səylərini alqışlayırıq".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter"də yazıb.

“Ölkəmizlə regionumuz arasında birbaşa magistral əlaqə yaradacaq Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk”, - dövlət başçısı qeyd edib.

***12:57

“Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu yükdaşımalarda mühüm rol oynayır”.

"Unikal" xəbər verir ki,bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında çıxışında bildirib.
Türkiyə Prezidenti deyib ki, Zəngəzur koridorunun da önəmi məlumdur. R. T. Ərdoğan nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.