"Bu fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək istərdim. Onun bu işə töhfəsini çox yüksək qiymətləndirirəm".
"Unikal" xəbər verir ki, bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxış edən Pakistan Prezidenti Arif Alvi deyib
O, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbriklərini çatdırıb.