Ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat nəticəsinə həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri - XİN-in İşlər idarəsinin sabiq müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadənin məhkəməsinin vaxtı məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, onların məhkəmə prosesi dekabr ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək. Cinayət işi hakim Əfqan Hacıyevin icraatındadır.
Qeyd edək ki, sözügedən şəxslər ötən ilin iyul ayında həbs ediliblər. Onlara Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda mənimsəmə) ittiham elan edilib.
Murad İbrahimli