Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Kəmalə Cəfərovanın cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.
"Unikal"ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Cəfərova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, 37 yaşlı Kəmalə Cəfərova cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı qadını, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı qadını Türkiyənin Konya şəhərinə aparıb. Daha sonra isə orada qurbanlarını cinsi istismara məcbur edib.
Hər iki zərərçəkmişin Bakının Binəqədi rayonundan Türkiyəyə aparıldığı bildirilir.
O, Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunur.