İran Xarici İşlər Nazirliyi (XİN) Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğramasına görə Azərbaycan xalqına başsağlığı verib.
"Unikal" xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.
“Bu acı hadisə nəticəsində 14 nəfərin həyatını itirməsi bizi kədərləndirdi. Bu münasibətlə Azərbaycan xalqına və dövlətinə başsağlığı veririk. Hadisə qurbanlarına Allahdan rəhmət, ailələrinə səbr diləyirik”, - S. Xətibzadə vurğulayıb.