İtaliyanın Azərbaycandakı səfirliyi hərbi helikopter qəzası ilə əlaqədar həlak olanların ailələrinə başsağlığı verib.
"Unikal" xəbər verir ki, səfirlik bu barədə "Twitter"də paylaşım edib.
"İtaliya səfirliyi bu gün “Qaraheybət” poliqonunda Azərbaycan ordusuna məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan ekipaj üzvlərinin ailələrinə dərin hüznlə başsağlığı verir", qeyd olunub.
Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.