Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.
"Unikal" xəbər verir ki, Aİ diplomatı bu barədə "Twitter" hesabında paylaşıb.
"Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində insan tələfatı məni dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tez zamanda sağalmasını arzu edirik", - deyə məlumatda qeyd olunub.