Cəlilabadda qətl hadisəsi baş verib.
"Unikal"ın verdiyi məlumata görə, rayonun Sabirabad kəndində 1999-cu il təvəllüdlü Vüsal Möhübbət oğlu Əliyev bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.