Tovuz rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndindəki çay evinin qarşısında qeydə alınıb.
Çay evini işlədən 1964-cü il təvəllüdlü Ənvər Əlirzayev və onun qardaşı Fərman Əlirzayevlə kənd sakini Maksim Mehdiyev arasında mübahisə düşüb. Bu zaman Maksim Mehdiyev qardaşları bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Ə. Əlirzayev orada ölüb, F. Əlirzayevin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən M. Mehdiyev polis tərəfindən axtarılır.