Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə məhkəmə prosesi davam etdirilib.
"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən həftə məhkəmə istintaqının başa çatdığı üçün çıxışlar mərhələsinə başlanılıb.
Prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında təqsirləndirilən şəxsə vərilən maddələrlə təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd olunub ki, R.Quliyev 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.