ABŞ-da Texas ştatının Beytaun şəhərində baş vermiş atışma nəticəsində azı bir nəfər həlak olub.
"Unikal"ın məlumatına görə, daha 14 nəfər yaralanıb.
Yaralananlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
Hazırda hadisəni törədən şəxsin axtarışları aparılır. Atışmanın bir müddət əvvəl öldürülmüş şəxsin yas mərasimində baş verdiyi deyilir.