Gürcüstanda ötən sutka ərzində koronavirusa 2 922 yoluxma halı qeydə alınıb.
"Unikal" xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 889 286 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 36 nəfər ölüb, 4 999 nəfər isə xəstəlikdən sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 12 731 nəfər, sağalanların sayı isə 832 675 nəfər təşkil edir.