Koronavirus hallarının sürətlə artdığı Norveçdə "omikron" variantının yayılmasının qarşısını almaq üçün bar və restoranlarda spirtli içkilərin satışı qadağan edilib.
"Unikal" xəbər verir ki, yeni COVID-19 qaydaları çərşənbə günündən etibarən barlarda, restoranlarda və digər xidmət obyektlərində qüvvəyə minib.
Bildirək ki, Norveçdə COVID-19 hadisələri oktyabr ayından bəri kəskin şəkildə artıb.