İran Xarici İşlər Nazirliyi İsrail baş naziri Naftali Bennetin Birləşmiş Ərəb Əmirliklərinə son səfərini kəskin şəkildə pisləyib.
"Unikal" xəbər verir ki, bu barədə “Mehr” İran informasiya agentliyi məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hətibzadə “Region xalqı sionist rejimin bölgədəki bütün problemlərin əsas səbəbi olan mənfur və düşməncəsinə hərəkətlərini unutmayıb”, - deyə şərh edib.
O, həmçinin də bildirib ki,İsrail “İslam dünyası və ərəb dünyasının andlı düşmənidir və vəziyyətin həlli üçün heç bir addım Fələstinin nəcib işini boğmayacaq”.
Qeyd edək ki, İsrailin baş naziri BƏƏ-də iki günlük səfərdə olub və Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.
Gülayə Mecid