Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Unikal"a “Azərsu” ASC-dən məlumat verilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.