İslam İnkişaf Bankının (İİB) Azərbaycan, Albaniya və Əfqanıstan üzrə regional meneceri Fərid Xanın başçılıq etdiyi nümayəndə heyəti UNEC-də olub.

"Unikal" xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradovla keçirilən görüşdə İİB ilə əməkdaşlıq perspektivləri, o cümlədən, universitetin müəllim  və tələbə heyətinin xarici universitetlərlə mübadilə proqramlarında iştirakının artırılması, tələbələrin təqaüd proqramı ilə təhsil alması, həmçinin, distant təhsil proqramlarının təkmilləşdirilməsi, xarici universitetlərlə əməkdaşlıq çərçivəsində yeni tədris proqramlarının yaradılması məsələləri müzakirə edilib.

Görüşdə hər iki tərəf gələcək əməkdaşlıq çərçivəsində görüləcək işlərin həm tərəflər, həm də cəmiyyət üçün böyük fayda verəcəyinə əminliyini vurğulayıb.