Hesablama Palatası Mərkəzi Seçki Komissiyasında (MSK) yoxlamalar aparır.

"Unikal" report-a istinadən xəbər verir ki, palata MSK-nın son illərdəki maliyyə-təsərrüfat fəaliyyətini araşdırır.

Audit yoxlamalarının nəticəsi prosedura uyğun olaraq Milli Məclisə təqdim olunacaq.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovdur.