Azərbaycanda dəmir yolu taksisinin fəaliyyətə başlaması nəzərdə tutulurdu. Bu xidmətin pilot olaraq 2020-ci ilin sonunadək istifadəyə veriləcəyi bildirilirdi. 

Hazırda bu layihə ilə bağlı hansı işlərin görülməsinə gəlincə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev "Unikal"a açıqlamasında bildirib ki, “Dəmiryolu taksisi” layihəsinin bitmə tarixi mövcud pandemiya səbəbindən uzanıb.  

Onun sözlərinə görə, hazırda proqram təminatının layihələndirilməsi üzərində işlər davam etdirilir. 

"Azərbaycan Dəmir Yollarının şəbəkəsi və dövlətin idarəetmə sistemləri ilə tam inteqrasiya planlaşdırılır. Yeni məlumatlar olduğu təqdirdə ictimaiyyətə əlavə informasiya veriləcək", - deyə şöbə müdiri bildirib.

Anar Kəlbiyev