Bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin əməkdaşı Vəliyev Samir Bəhram oğlunun sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə qəza törətdiyi barədə məlumat yayılıb.

DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundov "Unikal"a açıqlamasında bildirib ki, Vəliyev Samir Bəhram oğlu adlı şəxs gömrük orqanlarında xidmət etmir və yayılan məlumatlar həqiqətə uyğun deyil.

Murad İbrahimli