Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, nazirliyin iki generalının rütbəsi artılıb, üç polkovnikə isə general-mayor rütbəsi verilib.

"Unikal" xəbər verir ki, general-mayor rütbəsi alanlardan biri Raul Süleyman oğlu Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavinidir. O, 1982-ci ildə Şəmkirdə anadan olub.