Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çox olub. Köhnə tikili mənzillər isə 12,2 % bahalaşıb.
"Unikal" xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"nin sədri Vüqar Oruc deyib.
Vüqar Oruc deyib ki, son 1 ildə paytaxtda fərdi yaşayış evləri 13,5 %, torpaq sahələri 15,4 %, qeyri-yaşayış obyektləri isə 12,5 % bahalaşıb.
Ekspert bildirib ki, hazırda ən bahalı daşınmaz əmlak torpaqdır. Daşınmaz əmlakın ən baha satışa çıxarıldığı rayonlar isə Səbail, Yasamal, Nəsimidir.