Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu il ərzində zorakılığa məruz qalmış 27 uşağın müraciətinə baxıb. 

Bu barədə  "Unikal"a qurumun mətbuat katibi  Teymur Mərdənoğlu açıqlamasında deyib. Onun sözlərinə  görə, onların hər biri yetkinlik yaşına çatmamış uşaqlardır.

"Müraciətlər aidiyyatı üzrə yönləndirilir. Bununla bağlı İcra hakimiyyətləri nəzdində "Yetkinlik yaşına çatmayanların işlərin və hüquqların müdafiəsi üzrə komissiya" fəaliyyət göstərir. Bu komissiyalarda  müraciət olunan məsələlər dərhal araşdırılır və müvafiq addımlar atılır". 

Gülayə  Mecid