Rusiyanın Xalq artisti, aktyor Vladimir Tatosov bu gün 95 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, aktyorun ölümünə səbəb onun koronavirusa yoluxması nəticəsində xərçəng xəstəliyinin ağırlaşması olub.

Qeyd edək ki, V.Tatosov "Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri: XX əsr başlayır", "Şerlok Holmsun xatirələri", "Tatyananın günü", "Altıncı iyul", "Güvən" kimi rol aldığı bir çox filmlərlə tanınıb.