Rusiyanın Əməkdar artisti Qriqori Leps və həyat yoldaşı Anna Lepsin (Şaplıkova) 20 illik evliliklərinə son qoyma səbəbi kimi əvvəl ifaçının ona xəyanət etməsi göstərilirdi. Bu dəfə isə Rusiya mediası Annanın müğənnini başqasına dəyişdiyi iddia edilib.
"Unikal" xəbər verir ki, Şaplıkovanın hələ boşanmazdan əvvəl Dmitri Savçuk adlı gənc modellə yaxınlaşdığı bildirilib.
Anna və Dmitrini Olqa adlı rəfiqəsi tanış edib. Onlar bir neçə dəfə ziyafətlərdə birlikdə görüntüləniblər. Boşanmazdan əvvəl Anna dincəlmək üçün Maldivə yollanıb. Həmin ərəfədə Dmitri də Maldivdə dincəlirmiş.
Məsələ ilə bağlı sualları Anna cavabsız qoyub. O, rəsmi boşanma kağızını əlinə aldıqdan sonra media ilə əlaqəni kəsib. Leps isə boşandıqdan sonra İtaliyaya gedib. İfaçı ilk nikahdan olan qızının ad gününü orada qeyd edəcək.