Aktyor Enis Arıkan ikinci dəfə koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə aktyor sosial media hesabında məlumat yayıb.
"Hələ yeni sağalmışdım. Necə ola bilər ki, yenidən yoluxdum. Məni öpənlər, qucaqlayanlar, gedib test verin. Necə oldu, bilmirəm. Yeni il üçün əyləncə təşkil edəcəkdim. Özümü qrip kimi hiss etdim deyə, hər ehtimala qarşı test verdim və yenə COVID-19 çıxdı. Doğum günümdə də tək qalacağam" - deyə, o, paylaşımında bildirib.
Qeyd edək ki, Enis hazırda "Camdaki kız" serialında Muzeffer obrazını canlandırır.