Dünyaca məşhur BTS qrupunun 3 solisti koronavirus infeksiyasına yoluxub.
"Unikal" xəbər verir ki, ABŞ konsertindən Cənubi Koreyaya qayıdan qrup üzvləri koronavirus testi verib.
Əvvəl virus Şuqidə aşkarlanıb. Digər iştirakçıların test nəticəsi neqativ olsa da, karantinə alınıb. Bir neçə gün sonra onlar yenidən test verməli olublar. Bu dəfə RM və Cinanın da testi pozitiv çıxıb.
Hazırda qrupun bütün üzvləri karantində saxlanılır.