"Əvvəlki yaşıma qayıtmaq istəmirəm. Elə 41 yaş yaxşıdır. Əgər əldə etdiklərim əlimdə qalacaqsa, 20 yaşıma qayıtmaq istəyərəm".
"Unikal" xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" proqramında deyib.
O, proqramda tamaşaçılara ünvanladığı "Hansı yaşa qayıtmaq istəyərsiniz" sualına özü də cavab verib.
"İndi statusla, həm maddi, həm mənəvi əldə etdiklərimlə qayıdaram. Qayıdıb yenidən o zülmü çəkmək istəmirəm. Nə çəkmişəmsə, bəsdir. Hər yaşın öz gözəlliyi var. İstəmirəm hansısa yaşa qayıdım. Adamlar var deyir ki, məktəb və universitet illərinə qayıdardım. Mən heç birinə istəmirəm. Yaşadıqlarımızın hamısı gözəldir".