Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni proqramda maraqlı açıqlamalar verib.Belə ki, Aygün aparıcı Zaur Baxşəliyevin "Sizi məişət qadını kimi təsəvvür etmirəm" sualına, "Az müddətdə məişət qadını olmaq istədim. 105 kiloqram oldum, viddən də çıxdım" , - deyə cavab verib.
Bununla yanaşı müğənni öz brendini yaradacağını da etiraf edib:
"Heç bir biznesim yoxdur. Amma artıq qərara gəlmişəm, geyimlə bağlı bir iş görəcəm. İdman tərzində geyim kolleksiyası buraxacam".