Rejissor Nail Naiboğlu ikinci dəfə ailə həyatı qurub.
"Unikal" xəbər verir ki, o Tünzalə adlı xanımla nikah masasına oturub və böyük toy etməyib.
N.Naiboğlunun sözlərinə görə, xanımı ilə aralarında 10 yaş fərq var. Tünzalə tibb işçisidir.
Qeyd edək ki, rejissorun birinci həyat yoldaşı Gülər 2017-ci ilin oktyabrında vəfat edib. N.Naiboğlunun bu evlilikdən iki övladı var.