Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Renault Megane" markalı minik maşını "Niva" markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən "Niva" qəzadan sonra işıq dirəyinə dəyib.

Qəza zamanı xəsarət alan olmasada hər iki avtomobil yararsız hala düşüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olub.

Faktla bağlı araşdırma aparılır

Tural Əhmədov