"Hazırkı qanunla elə normalar var ki, reallığı əks etdirmir. Biz bunu dəyişməyi düşünürük".
"Unikal" xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, “Media haqqında” yeni qanun layihəsinin qəbulu media sahəsində sistemli yanaşmanın əldə edilməsinə imkan verəcək.
"İmtiyazlar paketi ilə bağlı müzakirələr gedir. “Media haqqında” qanun layihəsinin qəbulundan sonra Milli Məclisə bununla bağlı layihələrimizi təqdim edəcəyik".