2006-cı ildən yayımlanan "Arka Sokaklar" serialının baş rol aktyoru Zafer Erginin heyətdən ayrılacağı iddia edilib.

"Unikal" xəbər verir ki, yayılan iddialar sosial  mediada gündəmə çevrilib. Bir çox istifadəçi  "Rıza Baba serialdan ayrıla bilməz" şərhini yazıblar. Hər kəsin marağına səbəb olan iddiaya  hələ ki, cavab gəlməyib. 

Baş rollarda Şevket Çoruh, Özgür Ozan, İlker İnanoğlu və Ela Yörüklü kimi adların çəkildiyi “Arka Sokaklar” 2006-cı ildən ekran macərasına ara vermədən davam edir.