“Hökumətin işləyib hazırladığı iqtisadi alətlər ölkəni xilas etdi. Ankaranın məqsədi dünyanın ən güclü 10 iqtisadiyyatı sırasına daxil olmaqdır”.
"Unikal" “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) və Türkiyə Elmlər Akademiyasının (TÜBA) elmi mükafatlarının təqdimetmə mərasimində çıxışı zamanı deyib.
“Ölkəni düçar olduğu qeyri-sabitlikdən çıxardıq. Yolumuz investisiyalar, məşğulluq, istehsal, ixrac və artım yoludur”, - Ərdoğan bildirib