Rusiya və ABŞ Ukraynadakı vəziyyətlə bağlı yanvarın 10-da danışıqlar aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.
“Rusiyadan Ukrayna məsələsində irəliləyiş gözləyirik. Bununla belə, Rusiya ilə prinsipial diplomatiya aparmaq da zərurətə çevrilir”, - rəsmi qeyd edib.
Onun sözlərinə görə, danışıqlar masası arxasında hər iki ölkə öz narahatlıqlarını ifadə edə biləcək.
Görüşün harada keçiriləcəyi ilə bağlı məlumat verilmir.