“Ukrayna mövzusunda hərbi addımlar atılsa, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik”.
"Unikal" “Habertürk”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
“Dövlət başçısı Vladimir Putinə ağır sanksiyalar tətbiq edəcəyimizi və NATO-dakı müttəfiqlərimizlə birlikdə Avropadakı mövcudluğumuzu daha da artıracağımızı dedim. Putinə açıq dedim ki, Ukraynanı işğal edə bilməyəcək. Ümid edirəm ki, müzakirələr işə yarayacaq”, - o bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Cozef Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Bundan sonra Bayden jurnalistlərə müsahibə verib.