Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilometr şimal-qərbdə, ocağı isə 108 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.