Xatirə İslam “Instagram” hesabından etdiyi paylaşımla diqqət çəkib.
"Unikal" xəbər verir ki, müğənni son illər keyfiyyətli musiqiyə qiymət verilməməsindən gileylənib. O, insanları zövqsüz musiqi dinlədiklərini ifadə edib:
“Bu gün 10 milyonun 80%-i zövqsüz musiqiyə qulaq asır. Bəla burasındadır ki, ifaçıda heç bir günah yoxdur, dinləyici özü nəyi eşitmək istəyirsə, onu da dinləyir”, - deyə, sənətçi yazıb.